Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 Oktyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR Naxçıvançay çayında 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Oktyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 65 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma  müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə alınıb, lakin Surra və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 sm (2017-ci il oktyabrın 22-də 355 sm), Şirvanda 191 sm (2017-ci il oktyabrın 22-də 235 sm), Salyanda 133 sm (2017-ci il oktyabrın 22-də 195 sm), Bankədə 167 sm (2017-ci il oktyabrın 22-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 31 sm (2017-ci il oktyabrın 22-də 86 sm) təşkil edir.