Xəbərlər

Qəzalı vəziyyətə düşmüş ağaclara aqrotexniki qulluq göstərilib

18 Oktyabr 2018, 00:00

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində 17 oktyabr 2018-ci il tarixində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib. 

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş  sahə torpaqla doldurulub.