Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Oktyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində Respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 50-70, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 101 m3/s təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım qeydə alınıb, lakin Şirvanda 2, Bankədə isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 sm (2017-ci il oktyabrın 15-də 381 sm), Şirvanda 179 sm (2017-ci il oktyabrın 15-də 273 sm), Salyanda 137 sm (2017-ci il oktyabrın 15-də 210 sm), Bankədə 167 sm (2017-ci il oktyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 15-də 108 sm) təşkil edir.