Ovlanmasına icazə verilən heyvan növləri
11 Oktyabr 2018, 00:00
Ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.
Çöl donuzu (qaban) Ovlanma müddəti : 15 sentyabr-22 dekabr 2018-ci il Ov yerləri: Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında
|
|
Dovşan Ovlanma müddəti: 17 noyabr 2018-ci il-12 yanvar 2019-cu il Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında |
|
Cüllüt Ovlanma müddəti: 15 sentyabr-24 noyabr 2018-ci il Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində |
|
Qaz Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
|
|
Ördək Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart 2019-cu il Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
|
|
Qaşqaldaq Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart 2019-cu il Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində
|
Ov etmək qadağan olan ərazilər
- Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri;
- Xəzər dənizinin adaları;
- yaşıl zonalar;
- şəhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələr;
- xüsusi mühafizə olunan ərazilər;
- sanitar-mühafizə zonaları.