Xəbərlər

Ağac kəsən şəxs cərimələndi

10 Oktyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, M.Rəsulzadə küçəsində yaş köküstə 8-16 sm diametrində 4 şam və ayland ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların “Proqress-2016” Mənzil Tikinti Kooperativ şirkətinin işçisi Samir Hacıyev tərəfindən kəsildiyi və təbiətə 970 manat  məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı S.Hacıyev barəsində protokol tərtib olunub və ona 8800 manat məbləğində cərimə  tətbiq  edilib.