Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Norveçin Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkilini qəbul edib

08 Oktyabr 2018, 00:00

08 oktyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Norveçin Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Olav-Nils Thue arasında tanışlıq görüşü keçirilib.

Görüş zamanı Azərbaycan və Norveç arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.