Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

08 Oktyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 70-150, Naxçıvan MR-da Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Oktyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik  müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 82 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Oktyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik  müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Salyanda 6, Bankədə 4 sm azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik  müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2017-ci il oktyabrın 08-də 432 sm), Şirvanda 195 sm (2017-ci il oktyabrın 08-də 343 sm), Salyanda 139 sm (2017-ci il oktyabrın 08-də 274 sm), Bankədə 173 sm (2017-ci il oktyabrın 08-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2017-ci il oktyabrın 08-də 170 sm) təşkil edir.