Xəbərlər

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

05 Oktyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza  səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 07-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki,okytabrın 06-sı gündüz, 07-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.