Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
01 Oktyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 18 m3/s təşkil edərək ongünlük normanın 19 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Salyanda 4, Bankədə isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 sm (2017-ci il oktyabrın 01-də 378 sm), Şirvanda 215 sm (2017-ci il oktyabrın 01-də 263 sm), Salyanda 173 sm (2017-ci il oktyabrın 01-də 197 sm), Bankədə 186 sm (2017-ci il oktyabrın 01-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il oktyabrın 01-də 98 sm) təşkil edir.