Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

24 Sentyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 67 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 72 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 12,5 m3/s təşkil edərək ongünlük normanın 13  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 4, Salyanda 6, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2017-ci il sentyabrın 24-də 324 sm), Şirvanda 211 sm (2017-ci il sentyabrın 24-də 195 sm), Salyanda 177 sm (2017-ci il sentyabrın 24-də 129 sm), Bankədə 188 sm (2017-ci il sentyabrın 24-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2017-ci il sentyabrın 24-də 53 sm) təşkil edir.