Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib
21 Sentyabr 2018, 00:00
Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının Milli Məclisinin tədbirində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Hindistan Parlamentinin nümayəndə heyətinin üzvləri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Hindistan arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.