Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri sentyabr ayının 28-də Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

18 Sentyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 sentyabr 2018-ci il tarixində saat 09:30-da Zaqatala  şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala  şəhəri, Car küçəsi 3) Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşlarını qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 051-960-60-00, 050-580-88-38, 024-22-08-37) xahiş olunur.