Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 Sentyabr 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 70 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 12 m3/s təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 4, Bankədə 3 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 323 sm (2017-ci il sentyabrın 14-də 320 sm), Şirvanda 193 sm (2017-ci il sentyabrın 14-də 181 sm), Salyanda 151 sm (2017-ci il sentyabrın 14-də 135 sm), Bankədə 186 sm (2017-ci il sentyabrın 14-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm (2017-ci il sentyabrın 14-də 58 sm) təşkil edir.