Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
21 Dekabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 140-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda 15, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2014-cü il dekabrın 21-də 399 sm), Şirvanda 327 sm (2014-cü il dekabrın 21-də 283 sm), Salyanda 295 sm (2014-cü il dekabrın 21-də 260 sm), Bankədə 221 sm (2014-cü il dekabrın 21-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2014-cü il dekabrın 21-də 163 sm) təşkil edir.