Xəbərlər

Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 18:00 üçün)

05 Sentyabr 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 05 sentyabr 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da bir qədər azalaraq sanitar normadan 2,8 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, bu göstərici saat 15:00-da 3,6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.