Fevral ayına olan hava proqnozu
30 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir. Ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 1-4 dərəcə isti, birinci ongünlüyün ortalarında 1-3 dərəcə isti (gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüzlər isə ayın əvvəlində 0-3 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti, ayın sonunda 14 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 1-4 dərəcə şaxta (gecələr 10-15, bəzi günlərdə 20-25 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr ayın əvvəlində 14-18, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr ayın əvvəlində 5-10 dərəcə şaxta, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 2-7 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr ayın əvvəlində 8-13, bəzi günlərdə 1-6, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər ayın əvvəlində 1-6 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr ayın əvvəlində 5-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti, gündüzlər ayın əvvəlində 0-5 dərəcə şaxta, bəzi günlərdə 5-10 dərəcə isti, ayın sonunda 12-16 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr ayın əvvəlində 4-8 dərəcə şaxta, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta, gündüzlər ayın əvvəlində 0-4 dərəcə şaxta, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.