Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 15:00 üçün)
31 Avqust 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 15:00-da sanitar normadan 1,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Qeyd edək ki, bu göstərici saat 12:00-da 1,3 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.