Xəbərlər

Qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib

29 Avqust 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Reyd zaman Masallı rayonu ərazisində “Kamaz” markalı 44-BX-788 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz  yolla əldə edilmiş 8,5 m3 həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.