Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib
21 Avqust 2018, 00:00
21 avqust 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı arasında görüş keçirilib.
Görüş zamanı geotermal suların istifadəsi, universitet tələbələri tərəfindən həyata keçirilən start-up layihələri və çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı tədbirlər müzakirə olunub.