Xəbərlər

ETSN mineral xammal ehtiyatlarından istifadənin şərtlərini açıqlayıb

09 Avqust 2018, 00:00

Karxanaların istismarı və mineral xammal ehtiyatlarının hasilatı məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə istismar müddətində aşağıda göstərilən şərtlərə riayət etmək şərti ilə icazə verilir:

  1. İstismar zamanı standartlara, norma və qaydalara riayət edilməsi;
  2. İstismar zamanı faydalı qazıntıların normadan artıq itkisinə, faydalı qazıntının keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
  3. Verilmiş “Dağ-mədən ayırması” konturlarından kənara çıxma hallarına yol verilməməsi;
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli elektirik hava xəttlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə” 19.08.2008-ci il tarixli 191 saylı Qərarının tələblərinə riayət edilməsi;
  5. Faydalı qazıntı ehtiyatlarının hasilatı haqqında illik hesabat balansının (5 GK forması) hər ilin əvvəlində Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya - Arxiv Fonduna təqdim edilməsi;
  6. Emal məhsullarından və tullantılarında tam istifadə oıunması, istehsal zamanı əmələ gəlmiş tullantıların yığılmasının, uçotunun aparılması və qorunmasının təmin olunması;
  7. İstismarı başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılması;
  8.  Yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi;
  9. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq faydalı qazıntı üçün təyin olunmuş ödənişin  ödənilməsinin təmin edilməsi;
  10. Karxanaların istismarı üçün hər il “Dağ-mədən inkişaf planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılması