Xəbərlər

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

07 Avqust 2018, 00:00

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayı ərzində xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb.

Araşdırma zamanı qanun pozucularının Neftçala rayon sakini Yusif Məlikov, Masallı rayon sakini Şahmur Kərumov, Oğuz rayon sakinləri Dünyabir  və Raqif Nəsirov olduğu müəyyən edilib və onlardan 2 ədəd ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.