Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

01 Avqust 2018, 00:00

01 avqust  2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Avropa Yenidənqurma və İnkişaf Bankının  (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duarte arasında görüş keçirilib.

Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, Nazirliyin fəaliyyət istiqamətləri üzrə  fikir mübadiləsi aparılıb.