Xəbərlər

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

01 Avqust 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə  qanunsuz yolla əldə edilmiş 6 m3 həcmində fıstıq və vələs  cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sex sahibi Yaşar Baxışov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən  993 manat  məbləğində ziyan tətbiq edilib. Meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.