Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 İyul 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s olmaqla, ongünlük normanın 149 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 26,5 m3/s təşkil edərək ongünlük normanın 30 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvan və Salyanda 2 sm azalma qeydə alınıb, lakin Bankədə 5, Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2017-ci il iyulun 27-də 348 sm), Şirvanda 169 sm (2017-ci il iyulun 27-də 197 sm), Salyanda 83 sm (2017-ci il iyulun 27-də 112 sm), Bankədə 177 sm (2017-ci il iyulun 27-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il iyulun 27-də 53 sm) təşkil edir.