Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı xəbərdarlıq
26 İyul 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.
Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcəyi proqnozlaşdırılır.