Hava şəraitinin kəskinləşəcəyi barədə xəbərdarlıq
29 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gün-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 01-02-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.