Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 İyul 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 30-55, Naxçıvan MR çaylarında isə 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım  müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 29 m3/s olmaqla, ongünlük normanın 26 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyan 8, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, lakin Bankə məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2017-ci il iyulun 13-də 321 sm), Şirvanda 161 sm (2017-ci il iyulun 13-də 159 sm), Salyanda 83 sm (2017-ci il iyulun 13-də 86 sm), Bankədə 178 sm (2017-ci il iyulun 13-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2017-ci il iyulun 13-də 43 sm) təşkil edir.