Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib
10 İyul 2018, 00:00
10 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş keçirilib.
Görüş zamanı ekoturizmin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb, həmçinin milli parklara gələn qonaqlar üçün əlverişli infrastrukturun yaradılması sahəsində perspektivlər müzakirə olunub.