Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 İyul 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 25-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 212 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 23 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39 m3/s təşkil edərək ongünlük normanın 27 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Salyan 24, Şirvanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2017-ci il iyulun 09-da 318 sm), Şirvanda 213 sm (2017-ci il iyulun 09-da 167 sm), Salyanda 127 sm (2017-ci il iyulun 09-da 100 sm), Bankədə 188 sm (2017-ci il iyulun 09-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il iyulun 09-da 40 sm) təşkil edir.