Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 Yanvar 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-240, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 102 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 129 m3/s və ongünlük normanın 82 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 66 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 13, Salyanda 10, Bankədə 7 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 sm (2013-cü il yanvarın 27-də 422 sm), Şirvanda 266 sm (2013-cü il yanvarın 27-də 315 sm), Salyanda 245 sm (2013-cü il yanvarın 27-də 328 sm), Bankədə 231 sm (2013-cü il yanvarın 27-də 252 sm), Araz çayının Novruzlu məntəqəsində isə 176 sm (2013-cü il yanvarın 27-də 195 sm) təşkil edir.