Xəbərlər

“2030 Gündəliyinin ətraf mühit aspektləri”mövzusunda Milli Gənclər Forumu keçirilib

05 İyun 2018, 00:00

05 iyun 2018-ci il tarixində Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda İDEA İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Gənclər Forumu keçirilib.

Ümumdünya Ətraf Mühit günündə keçirilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etmək və  2030 Gündəliyinin həyata keçirilməsində onların rolunu gücləndirməkdən ibarətdir.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Edvard Karvardin çıxış edib.

Daha sonra BMT-nin Baş katibinin Ümumdünya Ətraf Günü münasibətilə video müraciəti təqdim olunub. İqlim dəyişikliyinin zəngin qida və təmiz su təminatına, ekosistemlərin sağlamlığı və ekoloji təhlüksizliyə, habelə gənc insanların və gələcək nəsillərin rifahına mənfi təsirləri mövzularında panel iclaslar keçirilib.