İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
01 İyun 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində həmin bölgədə əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində iyunun 02-də arabir yağış yağacaq, iyunun 03-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 02-də 17-22, iyunun 03-də 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında da iyunun 02-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.
Havanın maksimal temperaturu iyunun 02-də 18-23, iyunun 03-də 25-30 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki,iyunun 02-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 03-ü isə yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 02-də 17-20, iyunun 03-də 21-23 dərəcə isti təşkil edəcək.