Ekologiya və Təbii Sərvətlər naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
01 İyun 2018, 00:00
01 iyun 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.