Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

24 Yanvar 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-240, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 132 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 62 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 21, Salyanda 7, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 6 sm artım, Surrada isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2013-cü il yanvarın 24-də 445 sm), Şirvanda 301 sm (2013-cü il yanvarın 24-də 339 sm), Salyanda 260 sm (2013-cü il yanvarın 24-də 319 sm), Bankədə 237 sm (2013-cü il yanvarın 24-də 257 sm), Araz çayının Novruzlu məntəqəsində isə 176 sm (2013-cü il yanvarın 24-də 218 sm) təşkil edir.