Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Misir Ərəb Respublikasının səfiri ilə görüşüb
11 May 2018, 00:00
11 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı Azərbaycan ilə Misir arasında ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.