Xəbərlər

Növbəti reyd keçirilib

01 May 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. 

Reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 m3 həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub  və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı sexin sahibi  Ramil Kərimov barəsində akt tərtib olunub.