Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz-dumanı ilə bağlı operativ iş rejiminə keçib - YENİLƏNİB 2
19 Aprel 2018, 00:00
Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 09:00 üçün)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
------------------------------------------------------------------------------------------------------------------
Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 12:00 üçün)
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.
------------------------------------------------------------------------------------------------------------------
Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 15:00 üçün)
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.
------------------------------------------------------------------------------------------------------------------
Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 18:00 üçün)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 18:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 26 faiz yuxarı olduğu qeydə alınıb.