Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
30 Mart 2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən gün ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Respublikanın Gəncə-Qazax və Naxçıvan MR çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-200, Kiçik Qafqazın çaylarında 220-340, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 424 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 182 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 49 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 16, Salyanda 22, Araz çayının Novruzlu məntəqəsində 8 sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 sm (2017-ci il martın 30-da 370 sm), Şirvanda 157 sm (2017-ci il martın 30-da 229 sm), Salyanda 81 sm (2017-ci il martın 30-da 150 sm), Bankədə 167 sm (2017-ci il martın 30-da 170 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il martın 30-da 73 sm) təşkil edir.