Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 Mart 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 100  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 398 m3/s olmaqla ongünlük normanın 149 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 96 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 55 m3/s təşkil edərək ongünlük normanın 59  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6,  Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb, lakin Surrada 1, Bankədə isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 360 sm (2017-ci il martın 12-də 386 sm), Şirvanda 207 sm (2017-ci il martın 12-də 259 sm), Salyanda 153 sm (2017-ci il martın 12-də 198 sm), Bankədə 180 sm (2017-ci il martın 12-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2017-ci il martın 12-də 90 sm) təşkil edir.