Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Fevral 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-170, Kiçik Qafqazın çaylarında 120-190, Naxçıvan MR çaylarında isə 160  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 138 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 87  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 16, Salyanda 8, Bankədə 5 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 387 sm (2017-ci il fevralın 26-da 456 sm), Şirvanda 273 sm (2017-ci il fevralın 26-da 353 sm), Salyanda 223 sm (2017-ci il fevralın 26-da 315 sm), Bankədə 206 sm (2017-ci il fevralın 26-da 235 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2017-ci il fevralın 26-da 181 sm) təşkil edir.