Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Fevral 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 130-240, Lənkəran-Astara bölgəsi çaylarında  100-160, Naxçıvan MR çaylarında isə 180  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 131 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 66 m3/s təşkil edərək ongünlük normanın 94  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 24, Salyanda 16, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 362 sm (2017-ci il fevralın 19-da 484 sm), Şirvanda 247 sm (2017-ci il fevralın 19-da 367 sm), Salyanda 191 sm (2017-ci il fevralın 19-da 336 sm), Bankədə 191 sm (2017-ci il fevralın 19-da 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2017-ci il fevralın 19-da 208 sm) təşkil edir.