Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

09 Fevral 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında  100-160, Naxçıvan MR çaylarında isə 170  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Salyanda 6, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 359 sm (2017-ci il fevralın 09-da 464 sm), Şirvanda 229 sm (2017-ci il fevralın 09-da 329 sm), Salyanda 193 sm (2017-ci il fevralın 09-da 311 sm), Bankədə 189 sm (2017-ci il fevralın 09-da 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 102 sm (2017-ci il fevralın 09-da 180 sm) təşkil edir.