Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 Yanvar 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 135-140, Kiçik Qafqazın çaylarında 140-210, Lənkəran-Astara bölgəsi çaylarında  140, Naxçıvan MR çaylarında isə 220  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 73  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqəsində 2,  Bankədə 6 sm azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 12-də 460 sm), Şirvanda 253 sm (2017-ci il yanvarın 12-də 355 sm), Salyanda 211 sm (2017-ci il yanvarın 12-də 319 sm), Bankədə 199 sm (2017-ci il yanvarın 12-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2017-ci il yanvarın 12-də 185 sm) təşkil edir.