Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
30 Oktyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 215 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 177 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 3, Bankədə 4 sm artım, Surrada 14, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 m (2016-cı il oktyabrın 30-da 542 sm), Şirvanda 263 sm, Salyanda 210 sm (2016-cı il oktyabrın 30-da 404 sm), Bankədə 195 sm (2016-cı il oktyabrın 30-da 282 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il oktyabrın 30-da 257 sm) təşkil edir.