Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Daşkəsən şəhərində vətəndaşları qəbul edib

28 Sentyabr 2017, 00:00

28 sentyabr 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarının vətəndaşlarını qəbul edib.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya  və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.