Şikayət təsdiqini tapmayıb
12 Sentyabr 2017, 00:00
Beyləqan rayonu Mil qəsəbə sakini Bilman Abbasov qonşusu Novruz Alkərəmov tərəfindən onun əkdiyi nar tinglərinin məhv edildiyi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.
ETSN-nin əməkdaşlarının, şikayətçinin və Beyləqan rayon Mil bələdiyyəsinin sədr müavininin iştirakı ilə sözügedən əraziyə baxış keçirilib. Baxış zamanı ərazidə nar tinglərinin kəsilməsi faktı aşkar edilməyib.