Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 Sentyabr 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30 və Naxçıvan MR çaylarında isə 140  faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

 

Sentyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 115  m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 12,5 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 37  faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

 

Sentyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində  2, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2016-cı il sentyabrın 22-də 444 sm), Şirvanda 187 sm, Salyanda 129 sm (2016-cı il sentyabrın 22-də 293 sm), Bankədə 167 sm (2016-cı il sentyabrın 22-də 222 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2016-cı il sentyabrın 22-də 171 sm) təşkil edir.