Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 Sentyabr 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 12 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Şirvanda 4 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müaşhidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il sentyabrın 11-də 424 sm), Şirvanda 209 sm, Salyanda 140 sm (2016-cı il sentyabrın 11-də 262 sm), Bankədə 177 sm (2016-cı il sentyabrın 11-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 sm (2016-cı il sentyabrın 11-də 152 sm) təşkil edir.