Xəbərlər

Respublikanın çaylarındavə transsərhəd çaylarda mövcud vəziyyət

31 Avqust 2017, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 31-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 86 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 22 m3/s təşkil edərək ongünlük normanın 32 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 4 sm artım , Surra məntəqəsində 4 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 347 sm (2016-cı il avqustun 31-də 372 sm), Salyanda 153 sm (2016-cı il avqustun 31-də 155 sm), Bankədə 187 sm (2016-cı il avqustun 31-də 180 sm), Araz çayının Novruzlu məntəqəsində isə 52 sm (2016-cı il avqustun 31-də 88 sm) təşkil edir.