Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov sentyabr ayının 08-də Yardımlı şəhərində vətəndaşların qəbulunu keçirəcək
25 Avqust 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 08 sentyabr 2017-ci il tarixində saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Ləkəran şəhəri, Fizuli küşəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) xahiş olunur.